Koronavirusdan ölən "Teymur əmi" bu aparıcının verilişində olub - FOTO

Koronavirusdan ölən "Teymur əmi" bu aparıcının verilişində olub - FOTO

Xəbər verdiyimiz kimi Xalq artisti Teymur Mustafayev bugün günorta saatlarında dünyasını dəyişib.

Xalq artistinin ölüm səbəbinin koronavirus - COVID-19 pnevmoniyası olduğu açıqlanıb.

Axeber.az bildirir ki, xalq artisti bir neçə ay öncə efirdə, "Gündən-günə" verilişində studiyaya girərkən aparıcı Əkbər Əlizadə və digər qonaqlarla görüşməyib. O bildirib ki, koronavirusa görə artıq heç kimlə öpüşüb görüşmür. Xalq artisti dünyada hər kəsi təlaşa salan koronavirusdan qorunma üsulunu açıqlayıb, bildirib ki, koronavirusa görə artıq heç kimlə öpüşüb görüşmür:

"Bu gün "maç-maç, quç-quç" yoxdur. Öpüşmək qəti olmaz. Görüşdük, vəssalam, qurtardı getdi".