Las-Veqasda atışma: yaralananlar var

Las-Veqasda atışma: yaralananlar var

ABŞ-ın Las-Veqas şəhərindəki ticarət mərkəzlərindən birində atışma olub.

Axeber.az “Report”a istinadən xəbər verir ki, insident nəticəsində azı 2 nəfər yaralanıb.

Polisin məlumatına görə, alınan xəsarətlərin həyati təhlükəsi yoxdur.

Hələlik bir qrup yeniyetmənin dalaşdığı, onlardan bəzilərinin atəş açmağa başladığı məlumdur. 

Polis şübhəliləri axtarır.