Ölkə üzrə may ayının pensiyaları qrafikdən əvvəl ödənilib

Ölkə üzrə may ayının pensiyaları qrafikdən əvvəl ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiyalarının qrafikdən əvvəl ödənişini yekunlaşdırıb.

Bu barədə Axeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.