Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçiminə başlanıldı

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçiminə başlanıldı

Bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

Bu barədə Axeber.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.