Mərkəzi Bankdan kreditlərlə bağlı açıqlama

Mərkəzi Bankdan kreditlərlə bağlı açıqlama

Azərbaycanda kreditlərin dollarizasiyası beşillik minimuma enib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Axeber.az-a verilən məlumata görə, oktyabrın 30-na ölkədəki bankların kredit portfelinin 30,6%-i (4 531,7 mln. manat) xarici valyutada olan kreditlər təşkil edib. Bu nisbət 2015-ci ilin yanvar ayından bəri (fevral ayında manat birinci devalvasiyaya uğramışdı) ən aşağı göstəricidir.

Qeyd edək ki, xarici valyutada olan kreditlərin əsas hissəsini uzunmüddətli kreditlər təşkil edib. Onların payı 76,2%-ə (4 038,2 mln. manat) bərabər olub.