Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb - RƏSMİ

Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb - RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar meymunçiçəyinə yoluxma hallarının artdığını açıqlayıb.

Axeber.az xəbər verir ki, təşkilatın Avropa bölməsinin direktoru Hans Kluge yoluxma hallarının son iki həftə ərzində üç dəfə çoxaldığını bildirib.

ÜST-ün məlumatına görə, epidemiyanın episentri Avropadır. Qitədə 4500-dən çox yoluxma halı var.

Bildirilib ki, xəstələrin əksəriyyəti 21-40 yaş arasındadır. Onların 99 faiz kişilərdir.

Qeyd olunub ki, xəstəliklərin sayı sürətlə artsa da, hələ də Avropada meymunçiçəyi virusundan ölən olmayıb.

Hazırda hər 10 xəstədən biri xəstəxanada müalicə olunur. Yalnız 1 nəfər reanimasiyaya aparılıb.