“Müğənni yazıq nə etməlidir? Gedib fəhləlik eləsin?!” Onlara yardım olmalıdır

“Müğənni yazıq nə etməlidir? Gedib fəhləlik eləsin?!” Onlara yardım olmalıdır

“Yetim müğənnilər 6-7 aydır işsizdir”


“Deyirlər ilin axırına qədər bu vəziyyət davam edəcək . Bəs neynəməli, necə dolanmalıdırlar?!”

“Mall”lar, Sədərək bazarı, restoranlar açılsa, yaxşı olar”

“Şükür Allaha bəzi müğənnilər kimi kreditlə nə isə almamışam, ağıllı adamam. İnsan gərək sabahanı da düşünsün, ağılla-başla iş görsün”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında aşıq Namiq Fərhadoğlu deyib. O işlərini toy üzərində qurmadığını, başqa gəlirlərinin də olduğunu qeyd edib:

“Müəlliməm, tələbələrim var. Bundan da əlavə gündəlik iki saat efir aparıram, layihələrim var”.

“Maddi sıxıntıları olan müğənnilərə gəlincə N.Fərhadoğlu vurğulayıb ki, Opreativ Qərargah və TƏBİB sənət adamlarını da fikirləşməlidir:

Onlar da yazıqdır. Təkcə musiqidən anlayır, mahnı oxumağı bacarır. Neynəməlidir? Gedib fəhləlik etməlidir? Ona da iş yoxdur. Onlara da yardım edilməlidir. Beş-on gündən sonra məhərrəmlik ayı gəlir. Ən azından restoranlar açılsa, müğənnilər karantin olmayan rayonlarda ailəsi üçün pul qazanar. Oğurluq etmirlər ki?! Dövlətin tədbirlərində müğənnilər gedib, çıxış edirlər. İndi də bu yetim müğənnilər 6-7 aydır işsizdir. Hətta deyirlər ilin axırına qədər bu vəziyyət davam edəcək . Bəs neynəməli, necə dolanmalıdırlar?

Aşıq karantin dövründə etdiyi yardımlardan da söz açıb:

“Şükür Allaha öz işimi qurmuşam. Karantin dövründə Gədəbəydə 100, Bakıda 500 nəfər olmaqla ümumillikdə 600 adama yüksək səviyyədə yardım göstərdim. “ARB” kanalından da gəlib çəkmişdilər. Fiziki qüsurlulara, Qarabağ qazilərinə, imkansız adamlara “əl uzatdım”. Bu bayramda da iki qurban kəsdim, 14 ailəyə payladım. İnstaqram da paylaşmışdım ki, ehtiyacı olan on dörd nəfər müraciət etsin.

İnanırsız 150 nəfər yazdı. Dedim, vallah on dörd ailəni nəzərdə tutmuşam. İki qoyun idi, amma iki yüz adamın ehtiyacı var idi. Dövlətimiz də vətəndaşlara köməklik edir, sağ olsunlar... Heydər Əliyev Fondu nə qədər insana yardım göstərdi.

Onu da qeyd edim ki, “Mollar, Sədərək bazarı, restoranlar açılsa, yaxşı olar. Çünki biri qabyuyandır, biri ofisiantdır, digəri kabab bişirir və sair işlərdə çalışanlar var. Azərbaycanda hər şey restoran üzərində qurulub”.

Loading...