Mikroavtobus aşdı, 3 qadın yaralandı - FOTO

Mikroavtobus aşdı, 3 qadın yaralandı - FOTO

Mingəçevirdə mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var. 

Axeber.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə səhər saatlarında baş verib. 7 saylı xətlə hərəkət edən mikroavtobus, “Hundai” markalı minik maşını ilə toqquşub. 

Zərbənin gücündən mikroavtobus aşıb. Hadisə zamanı sərnişinlər Taliyə Qorçuyeva, Türkan Əhmədova, Aydan Məmmədova xəsarət alaraq xəstəxanaya çatdırılıb. 

Hadisə yerinə yanğınsöndürmə birqadası cəlb edilib, baş verə biləcək yanğının qarşısı alınıb. 

Faktla bağlı araşdırma aparılır