MN: Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması məlumatları əsassızdır

MN: Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması məlumatları əsassızdır

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır.

Bu barədə Axeber.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən əlavə edilib.