NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib

NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.

Axeber.az bildirir ki, bunu o, tviterdə yazıb.

X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Tərəflər ikitərəfli əməkdaşlığı, həmçinin Ermənistanla normallaşma əlaqələrini müzakirə ediblər.