Nazir işə piyada getdi - VİDEO

Nazir işə piyada getdi - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov işə piyada gedib.

Axeber.az xəbər verir ki, nazir bu barədə öz feysbuk hesabında paylaşım edib.

F. Qayıbov işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. O, bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulması ilə əlaqələndirib.

Nazir hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.