Nazirlər Kabinetindən restoranlarla bağlı qərar

Nazirlər Kabinetindən restoranlarla bağlı qərar

Koronavirus (COVID-19) pandemiyası dövründə restoranlar üçün adambaşına düşən sahəyə dair norma müəyyənləşib.

Bu Nazirlər Kabineti tərəfindən bu gün təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nda əksini tapıb.    

100 nəfərə qədər tutumu olan restoranda xörəkpaylayanlar vasitəsilə xidmət olduqda adambaşına düşən sahə 5,08 kvadrat metr olmalıdır.

O cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda adambaşına düşən sahə 3,6 kvadrat metr olmalıdır.

100 nəfərdən sonrakı hər adam üçün əlavə adambaşına düşən sahə xörəkpaylayanlar vasitəsilə xidmət olduqda, 4,4 kvadrat metr, o cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda, 36 kvadrat metr olmalıdır.  Restoranlarda özünəxidmət, qida paylayıcı xəttin qida qəbulu zalına daxil olması nəzərdə tutulmayıb./apa