Nazirlər Kabinetinin qərarı ilə daha bir qadağa qüvvəyə minir

Nazirlər Kabinetinin qərarı ilə daha bir qadağa qüvvəyə minir

Pandemiya dövründə ali məktəb yeməkxanalarında xörəkpaylayanlar vasitəsi ilə xidmət nəzərdə tutulmur

Koronavirus (COVID-19) pandemiyası dövründə ali təhsil müəssisələrinin yeməkxanaları üçün adambaşına düşən sahəyə dair normalar müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nda əksini tapıb.  

Sənədə əsasən, ali təhsil müəssisələrinin yeməkxanalarında özünəxidmət olduqda 100 nəfərə qədər adambaşına 4,28 kvadrat metr sahə düşməlidir. Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda isə adambaşına 3,6 kvadrat metr sahə olmalıdır. 

Ali təhsil müəssisələrinin yeməkxanalarında xörəkpaylayanlar vasitəsi ilə xidmət isə nəzərdə tutulmur.