Neftçala rayon icra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə edib - FOTOLAR

Neftçala rayon icra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə edib - FOTOLAR

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir.


Axeber.az-ın məlumatına görə, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, polis əməkdaşları, bələdiyyə sədrləri və üzvləri, yerli icra nümayəndələri və yerli idarələrin nümayəndələri tərəfindən Neftçala rayonu ərazisində mobil qruplar yaradılaraq, vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, insanlara evlərini tərk etməmələri tövsiyə olunub.

Rayon ərazisində maarifləndirmə işləri ilə yanaşı mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Loading...