Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirildi - Yeniləndi
Azərbaycanda Çin istehsalı olan Sinovac vaksinindən istifadə ediləcək.
Axeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.
Onun sözlərinə görə, bunun üçün 4 milyon doza sifariş verilib: "Artıq 2 milyon doza Azərbayacana gətirilib".
***
11:13
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Axeber.az-ın məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri jurnalistləri maraqlandıran suallara cavab verir.
Qeyd edək ki, son sutka ərzində Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 nəfərdir.