“Poroşenko əvvəl-axır Ukraynadan qaçacaq” - POLİTOLOQ

“Poroşenko əvvəl-axır Ukraynadan qaçacaq” - POLİTOLOQ

Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın eks-məsləhətçisi, politoloq Oleq Soskin Petr Poroşenkonun ölkəyə qayıdışını şərh edib.

Soskin “NSN” telekanalının efirində Poroşenkonun əsl qaçışının hələ qarşıda olduğunu bildirib.

“O, əvvəl-axır ölkədən qaçacaq və onu oradan ələ keçirmək çətin olacaq. Poroşenkonun həbsinə beş il vaxt sərf etmək lazım olacaq”, - deyə politoloq qeyd edib.


Soskin hesab edir ki, Poroşenkonun ölkəyə qayıtması onun xələfi Vladimir Zelenskiyə problem yaradacaq, çünki “işi sona çatdırmaq üçün həqiqət anı yetişəcək”.

Xatrıladaq ki, Vladimir Zelenski seçki kampaniyası zamanı, ölkəyə rəhbər seçiləcəyi təqdirdə, Poroşenkonu həbs etdirəcəyini dəfələrlə bəyan etmişdi. (qafqazinfo)

Axeber.az

Qaynar xətt

055 530 3064