Prezident İlham Əliyev 3 generalı istefaya göndərdi

Prezident İlham Əliyev 3 generalı istefaya göndərdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında Sərəncam imzalayıb.

Axeber.az-ın məlumatına görə, Sərəncama əsasən, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

Cəbrayılov Asif Mikayıl oğlu - General-leytenant 
Xəlilov Əsgər Sabir oğlu - General-leytenant 
Tağı-zadə Fərhad Sabir oğlu - General-leytenant.