Putin “Quran”dan sitat gətirdi - VİDEO

Putin “Quran”dan sitat gətirdi - VİDEO

"Müqəddəs Quranda öz irqinin qorunmasından savayı tətbiq edilən zorakılığın qəbuledilməz olduğu deyilir. Bax elə, öz irqini, vətənini qorumaq üçün biz Səudiyyə krallığına uyğun yardımı göstərməyə hazırıq”.

Axeber.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin dron hücumuna məruz qalan Səudiyyə Ərəbistanına S-400 zenit-raket kompleksi almağı tövsiyə edərkən bildirib.

Bundan başqa, İran Prezidenti Həsən Ruhani "Daha yaxşı nə ola bilər? S-300, yaxud S-400...”, - deyə Putindən soruşub.

Rusiya lideri isə onun cavabını belə verib: "Qoy, seçsinlər”.

Putin sonda yenə Qurandan sitat gətirib:

"Müsəlman əhalinin üstünlük təşkil etdiyi Türkiyədə olub, Qurani-Kərimin sətirlərini xatırlamamaq olmaz: Allahın mərhəmətini xatırlayın.

Siz nə zamansa düşmən idiniz, Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi. Bax elə düşünürəm ki, buradan başlamalıyıq”.

Mənbə: BAKU.WS