Putin özünün və Medvedevin maaşını artırdı

Putin özünün və Medvedevin maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin özünün və Baş Nazir Dmitri Medvedevin maaşını artırıb.


Axeber.az bildirir ki, prezident bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, dövlət başçısı ilə Baş Nazirin maaşı 4,3% qalxıb.

Qeyd edək ki, Putin ötən il 8,65 milyon rubl, Medvedev isə 9,9 milyon rubl gəlir əldə edib.

Loading...