Rusiya “Facebook”u da cərimələdi

Rusiya “Facebook”u da cərimələdi

Moskva məhkəməsi “Facebook” sosial şəbəkəsini 4 milyon rubl cərimələyib.

Axeber.az bildirir ki, buna səbəb sosial şəbəkənin rusiyalı istifadəçilərin məlumat bazasının lokallaşdırılması haqqında məlumatı verməkdən imtina etməsidir. Bu barədə hakim Aleksandr Mixalev bildirib.

O qeyd edib ki, “Facebook” “Fərdi Məlumatlar sahəsində Rusiya Federasiyası Qanunvericiliyinin pozulması” İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 8-ci bəndi üzrə təqsirli bilinib.

Qeyd edək ki, daha əvvəl məhkəmə serverləri Rusiyaya verməkdən imtina etdiyi üçün Tvitteri də 4 milyon rubl cərimələmişdi. //qafqazinfo