Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkətinə şərait yaradıldı - YENİLƏNDİ

Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkətinə şərait yaradıldı - YENİLƏNDİ

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Axeber.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 5-ə çatıb.

***

09.59

Bu gün Rusiya sülhməramlılarına məxsus 4 təminat avtomobili və bir minik maşını Laçın yolundan keçib.

Axrber.az xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 48 gündür davam edir.