Rusiyada referendum səsverməsi keçirilir

Rusiyada referendum səsverməsi keçirilir

Rusiyada bu gün Konstitusiyaya ediləcək dəyişikliklərə dair ümumxalq səsverməsi başlayıb.

Axeber.az bildirir ki, səhər saat 08:00-dən etibarən Moskvada və digər bölgələrdə seçki məntəqələri açılıb. Vətəndaşlar 7 gün ərzində, yəni iyulun 1-nə qədər hər gün saat 08:00-dan 20:00-a qədər məntəqələrə gəlib səs verə bilərlər. Daha bir milyona yaxın vətəndaş isə internet üzərindən 2020og.ru portalı vasitəsi ilə məntəqəyə gəlmədən səs verə biləcək.

Ölkə üzrə ümumilikdə 96,5 min səsvermə məntəqəsəi açılıb. Səslərin sayılması iyulun 1-i axşam saatlarında bütün məntəqələr bağlanandan sonra başlayacaq.

Qeyd edək ki, səsvermənin bir neçə günə uzadılması koronavirus epidemiyası zamanı sanitariya qaydalarına riayət edilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən təklif edilmişdi. Məntəqələrə gələn vətəndaşların temperaturu ölçüləcək, həmçinin sosial məsafəyə əməl olunmasına nəzarət ediləcək. //qafqazinfo