Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs həbs olundu

Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs həbs olundu

Yanvarın 20-si Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

Bu barədə Axeber.az-ın sorğusuna cavab olaraq DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, cəhdin qarşısı alınıb: “Onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub”.