Sərhədçilərimiz erməni diversantların quraşdırdığı partlayıcı qurğunu zərərsizləşdirdi

Sərhədçilərimiz erməni diversantların quraşdırdığı partlayıcı qurğunu zərərsizləşdirdi

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.

Axeber.az xəbər verir ki, bu barədə Caliber.Az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Ermənistanla Azərbaycanın şərti sərhədində aşkarlanan partlayıcının əldəqayırma üsulla hazırlanaraq 152 mm-lik mərmiyə doldurulduğu qeyd edilir. Onun çəkisi 55 kq-dan çox olub.

Mərmi çoxlu sayda canlı qüvvə və texnikanı məhv etmək üçün nəzərdə tutulub.