Süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı

Süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı

“Hazırda aktiv xəstələrdən 59 nəfər süni tənəffüz cihazına qoşulu vəziyyətədədir. 267 nəfər isə reanimasiya şöbəsində müalicə alır”.

Axeber.az bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, Azərbaycanda ölüm halları 2 faizin altındadır: “Karantin rejimi tətbiq etməsəydik say 3-5 qat artıq olardı. Say sabit saxlanılsa da, bu yetərli deyil və xəstəxanaların yükü artır”.