SON DƏQİQƏ! Azərbaycanda daha bir yaşayış binasında yanğın: Tüstüdən zəhərlənənlər var

SON DƏQİQƏ! Azərbaycanda daha bir yaşayış binasında yanğın: Tüstüdən zəhərlənənlər var

Bərdə rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Axeber.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın çıxıb. Nəticədə üç nəfər Əzizova Aydə Bədir qızı, İsmayılova Şəlalə Oruc qızı və Yüsuzadə Əfsanə Xəyal qızı tüstüdən zəhərlənib.

Onlara zəruri tibbi yardım göstərilib. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.