Bakıda ticarət mərkəzi yanır - YENİLƏNİB

Bakıda ticarət mərkəzi yanır - YENİLƏNİB

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir neçə yanaşı mağazada yanğın baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının ərazidəki velosiped satışı ilə məşğul olan mağazadan başladığı bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Paytaxtın Sabunçu rayonu ərazisində – Bakıxanov qəsəbəsində yerləşən və “Razin bazarı” kimi tanınan “Bakıxanov” Ticarət Mərkəzi yanır.

Yanğının hansı səbəbdən baş verdiyi hələki məlum deyil.