TƏBİB: 68 xəstə süni tənəffüs cihazına qoşulub

TƏBİB: 68 xəstə süni tənəffüs cihazına qoşulub

İyulun 31-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 724 953-ə çatıb.


Bu barədə Axeber.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 5 548-ə bərabərdir. Xəstələrdən 266 nəfəri reanimasiyadadır ki, onlardan da 68-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 31-də Azərbaycanda koronavirus infeksiyasına daha 318 yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Loading...