Tənha qalan xalq artisti huşsuz vəziyyətdə tapıldı

Tənha qalan xalq artisti huşsuz vəziyyətdə tapıldı
adv
adv

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


FHN-dən Axeber.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Jurnalist Əli Novruzəliyev isə hadisənin təfərrüatını qeyd edib. O bildirib ki, xalq artisti Səfurə İbrahimovadan 2-3 gündür ki, xəbər yox idi.

Qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb. Şükür Allaha ki, başqa bir hal baş verməyib. Aktrisanın vəziyyəti indi yaxşıdır.

Xalq artistinin tək yaşadığı bildirilir.

Loading...