Tramp bu tarixdə Nyu-Yorkda məhkəmə qarşısına çıxmalıdır

ABŞ-ın sabiq prezidenti Donald Trampın maliyyə fırıldaqçılığı iddiaları ilə bağlı Nyu-Yorkda məhkəmə qarşısına çıxması aprelin 4-ü saat 14:15-ə təyin edilib.
Axeber.az-ın məlumatına görə, bu barədə "CNN" televiziya kanalı mənbələrə istinadən bildirib.
D.Trampın Nyu Yorka aprelin 3-də gələcəyi gözlənilir.
O, məhkəməyə gələndə onu məxfi xidmətin əməkdaşları müşayiət edəcək.