Türkiyə Böyük Millət Məclisi ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini rədd etdi

Türkiyə Böyük Millət Məclisi ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini rədd etdi

Türkiyə Parlamentində təmsil olunan 4 əsas partiya ortaq bəyanat qəbul edərək ABŞ Senatının “erməni soyqırımı” ilə bağlı qərarını rədd edib.

Axeber.az bildirir ki, Türkiyə mətbuatında yer alan xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiyanın (İP) Türkiyə Böyük Millət Məclisindəki qruplarının qəbul etdiyi ortaq bəyanatda ABŞ senatının qərarı qəti şəkildə pislənib. 

Türkiyə Böyük Millət Məclisinin ortaq bəyanatının mətnini AKP qrupunun üzvü Doğan Kubat səsləndirib.