Türkiyə Prezidenti NATO-nun baş katibi ilə telefonla danışdı

Türkiyə Prezidenti NATO-nun baş katibi ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

Axeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qərarı Finlandiyanın nümayiş etdirdiyi mövqenin İsveçdən müsbət mənada fərqləndiyi ilə izah edib.