Türkiyə Suriya və İraqda hərbi əməliyyatlara icazənin müddətini uzatdı

Türkiyə Suriya və İraqda hərbi əməliyyatlara icazənin müddətini uzatdı

Türkiyənin Böyük Millət Məclisi təhlükə yarandığı təqdirdə Ankaraya İraq və Suriyada hərbi əməliyyatlar keçirməyə imkan verən səlahiyyət müddətinin 30 oktyabr 2020-ci ilə qədər uzadılmasını təsdiqləyib.

Axeber.az-ın məlumatına görə, bundan öncəki mandatın müddəti 30 oktyabrda bitəcək. 

Türkiyə parlamentariləri bu icazəni 2014-cü ildən bəri hər il yeniləyirlər.

Qeyd edək ki, rəsmi Ankara Suriyanın şimal-şərqində hərbi əməliyyat keçirməyi planlaşdırır. Türkiyə Müdafiə Nazirliyi mümkün bir hərbi əməliyyat üçün bütün hazırlıqların tamamlandığını bəyan edib.

Ağ Ev, ABŞ-ın Suriyanın şimalında mümkün bir Türk əməliyyatına dəstək verməyəcəyini və ya iştirak etməyəcəyini açıqlayıb.

Mənbə: Qafqazinfo