Türkiyədə 103 tələbə dəm qazından zəhərləndi

Türkiyədə 103 tələbə dəm qazından zəhərləndi

Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda universitet yataqxanasında qalan 103 tələbə zəhərlənərək xəstəxanalara yerləşdirilib.


Axeber.az “haberler.com”a istinadən xəbər verir ki, ilkin məlumata görə, tələbələr dəm qazından zəhərləniblər.

Çorum valisi Mustafa Çiftçinin sözlərinə görə, 98 tələbə Osmancık və Çorumdakı müxtəlif xəstəxanalarda müalicə olunur, 5 tələbə isə reanimasiyaya yerləşdirilib.

Loading...