Türkiyədə güclü zəlzələ oldu, yaralılar var

Türkiyədə güclü zəlzələ oldu, yaralılar var

Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub.

Axeber.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 04:09-də qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb.