Vahid Əhmədovun səhhətində problem yarandı - Təcili Türkiyəyə aparıldı

Vahid Əhmədovun səhhətində problem yarandı - Təcili Türkiyəyə aparıldı

Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində bir neçə gün bundan qabaq problem yaranıb.

Axeber.az-ın modern.az-a istinadən məlumatına görə, deputat səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb və bir neçə gündür ki, ürəyindən müalicə alır.

Hazırda isə Vahid Əhmədovun səhhətinin normal olduğu, yaxın günlərdə ölkəyə qayıdacağı da bildirilib.