Vasif Talıbovdan Koronavirusla mübarizədə mühüm addım

Vasif Talıbovdan Koronavirusla mübarizədə mühüm addım

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 24-də Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Həmin Sərəncamla Naxçıvanın İnkişafı və Müdafiə Fondundan 200 000 (iki yüz min) manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılıb.

Sərəncamdan irəli gələn məsələləri həlli Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb.