Vəkil və hüquqşünaslar Xocalı soyqırımını andılar

Vəkil və hüquqşünaslar Xocalı soyqırımını andılar

Bu gün  “Mirzəyev və partnyorları” Vəkil Bürosu və "Mirzayev and Partners Legal Firm" hüquq şirkəti Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimi keçirib.

Axeber.az e-huquq.az-a istinadən xəbər verir ki, mərasim soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Bildirilib ki, Xocalı faciəsi qanlı cinayət hadisələrindən biri kimi dünya tarixinə düşüb və erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərdən 63 uşaq, 106 qadın, 70 nəfəri qoca olub, 8 ailə isə tamamilə məhv edilib.

Qeyd edilib ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması və baş verənlərə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində mühüm addımlar atır.

Tədbir iştirakçıları ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına əminliyini bildirib və Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılacağına ümid etdiklərini vurğulayıblar.