Yol polisi qəzada öldü, sürücü bəraət aldı - MƏHKƏMƏ

Yol polisi qəzada öldü, sürücü bəraət aldı - MƏHKƏMƏ

Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Albert Tahirovun bəraət hökmündən Ali Məhkəməyə müraciət edilib. 

Axeber.az-ın məlumatına görə, prokuror onun barəsində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti verib. 

Ali Məhkəmədə kassasiya protesti hakim Fərhad Kərimovun icraatına verilib. 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb. 

Hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahirovun idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə X.Bağırzadə dünyasını dəyişib. 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə A.Tahirov 5 il məntəqə tipli cəza verilib. 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə bəraət verilib.