Azərbaycanda azyaşlıya təcavüz edən şəxs məhkəmə qarşısında

Azərbaycanda azyaşlıya təcavüz edən şəxs məhkəmə qarşısında

Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlana qarşı seksual xaraqterli hərəkət etməkdə təqsirləndirilən A.Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Axeber.az-ın məlumatına görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib. 

İttihama görə, A.Məmmədov azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynlərinin hadisədən xəbər tutub. Şikayət əsasında o, saxlanılıb.

A.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, A.Məmmədovun cinayət əməli sübuta yetirilərsə, onu 8 ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.