Azərbaycanda polisi ürəyindən bıçaqladılar

Azərbaycanda polisi ürəyindən bıçaqladılar

Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.

Axeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək  ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.

Faktla bağlı araşdırma aparılır.