Bakıda qonşular arasında dava: gənc oğlan bıçaqlandı

Bakıda qonşular arasında dava: gənc oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

Axeber.az-ın məlumatına görə, Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfindən  bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo