Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanıldı

Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanıldı

Deputatlığa namizəd Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Axeber.az-a verilən məlumata görə, Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında araşdırma aparılıb:

“Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb. Müəyyən olunub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir”.