Göygöldə iki maşın toqquşdu, yaralılar var

Göygöldə iki maşın toqquşdu, yaralılar var

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Axeber.az-ın verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ“ markalı avtomobilin toqquşması nəticəsində sürücülər - Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Məhərrəmov Fariz və onun həmyaşıdı Budaqov Hicran xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo