Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi

Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi

Qonşusunu qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

E-huquq.az-ın məlumatına görə, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. Rəşad Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.