Salyanın baş memarı barədə cinayət işi başlanıldı

Salyanın baş memarı barədə cinayət işi başlanıldı

Salyan rayon İcra Hakimiyyətinin baş memarı barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Axeber.az xəbər verir ki Salyan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - rayonun baş memarı Hüseynov Teyyub Safalı oğlunun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 23-ə təyin edilib.

Salyan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - rayonun baş memarı Hüseynov Teyyub Safalı oğlu qanunsuz torpaq satmaqda ittiham olunur.

Baş memar barəsində Cinayət Məcəlləsinin Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.