Yevlaxda qadının öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Yevlaxda qadının öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rais Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Axeber.az xəbər verir ki, Yevlax Rayon Məhkəməsinə göndərilən cinayət işi hakim Toğrul Əliyevin icraatındadır.

Qeyd edək ki, hadisə ötən il dekabr ayında Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib. Gürcüstan vətəndaşı, 1958-ci il təvəllüdlü Levan Saxlianın idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını ilə 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Həsənov Rais Əli oğlunun idarə etdiyi yük maşını toqquşub.

R.Həsənovun avtomobilində olan 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarova Firuzə İsmayıl qızı dünyasını dəyişib.

Ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.