Burak Yılmaz keçmiş arvadı ilə yenidən evlənir - FOTOLAR

Burak Yılmaz keçmiş arvadı ilə yenidən evlənir - FOTOLAR

“Beşiktaş”dan ayrılıb Fransanın “Lill” klubuna keçən məşhur futbolçu Burak Yılmaz keçmiş həyat yoldaşı İstem Atilla ilə barışıb.

Axeber.az bildirir ki, o, xanımı ilə dini nigah bağlayıb. 

İyun ayından bəri yenidən evlənməyi düşünən cütlük rəsmi nigah mərasimini isə Fransadakı Türkiyə səfirliyində edəcək. 

Qeyd edək ki, Burak Yılmaz və İstem Atilla ilk dəfə 2009-cu ildə evlənib. Onların Nazlı və Dəniz adlı iki qızı var. //qafqazinfo