İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır
“Hazırda işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın layihələndirmə ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işlərinə başlanılıb”.
Axeber.az-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, ilkin olaraq Şuşa şəhərində hazırlanmış topoqrafik xəritələr istifadə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.