Kamil Zeynallı sirrini açdı: Hər kəsin 11 ilə bitirdiyi məktəbi mən 16 ilə bitirmişəm - FOTO

Kamil Zeynallı sirrini açdı: Hər kəsin 11 ilə bitirdiyi məktəbi mən 16 ilə bitirmişəm - FOTO

Tanınmış məşqçi Kamil Zeynallı "Instagram" səhifəsində qızı ilə fotosunu paylaşıb.

Axeber.az-ın məlumatına görə, o, ilk dərs günündə qızı Sahilənin sinif otağında çəkilən şəklə maraqlı şərh yazıb.

K.Zeynallı orta məktəbdə oxuyarkən 5 il sinifdə qaldığını bildirib. Onun bu açıqlaması marağa səbəb olub:

"Orta məktəbdə 5 il sinifdə qalmışam, 5 il 5 dəfə son zəng görmüşəm. Sinif yoldaşlarım Universiteti bitirəndə mən 11-ci sinifi bitirirdim. Bir çoxları da əsgərliyə gedib gəlmişdi, mən hələ orta məktəbdə oxuyurdum. Hər kəsin 11 ilə bitirdiyi məktəbi mən 16 ilə bitirmişəm. Elə bil məktəb alnıma yazılıb, indi də qızımla ikinci sinifə gedirəm". 

Həmin fotonu təqdim edirik: